AZERFAX TV

Şəmkirdə pilləkəndən yıxılan 33 yaşlı kişi öldü

Şəmkirdə 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

AZERFAX.AZ-ın məlumatına görə, 1993-cü il təvəllüdlü A.Məmmədov evin həyətində yerləşən tövlənin dam örtüyündən ot bağlaması düşürərkən ehtiyatsızlıqdan pilləkəndən yıxılıb və bu vaxt onun başı beton səthə çırpılıb.

Ağır xəsarət alan zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button