AZERFAX TV

Sabah Bakı metrosunun bu stansiyalarında nəzarət tədbirləri artırılacaq

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə AZERFAX.AZ-a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, “Ana harayı” abidəsinin yaxınlığında yerləşən “Xətai”, eləcə də “Cəfər Cabbarlı” və “28 May” stansiyalarında nəzarət tədbirləri artırılacaq.

Stansiyalara əlavə işçi qüvvəsi cəlb ediləcək, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq. Qatarların hərəkəti gün ərzində payız-qış mövsümünün iş günü qrafikinə uyğun təşkil olunacaq.

Related Articles

Bir cavab yazın

Back to top button