AZERFAX TV
Salahın “Liverpul”dan ayrılmasına belə reaksiya verdi

Bir neçə gün əvvəl 33 yaşlı Məhəmməd Salahın mövsümün sonunda Liverpuldan ayrılacağı açıqlanıb.
AZERFAX.AZ xəbər verir ki, bu məsələ ilə bağlı 2015–2024-cü illərdə Mersisayd klubunu çalışdırmış Yurgen Klopp fikirlərini bölüşüb. O, “BBC Sport”a açıqlamasında bunları deyib:
“Salah inanılmaz peşəkardır. O, futbolçu üçün tamamilə yeni standartlar müəyyənləşdirib. Nə qədər çox çalışmaq, bərpaya və digər detallara nə qədər diqqət yetirmək lazım olduğunu göstərib. O gedir, amma məni təəccübləndirməz ki, daha altı-yeddi il oynasın. Kədərlənirəm, lakin o, heç bir şübhə olmadan tarixdə ən böyük oyunçulardan biridir. Onun yolunun bir hissəsi olmaqla fəxr edirəm”.
Məhəmməd Salah “Liverpul”dan 9 mövsüm sonra ayrılacaq.



