AZERFAX TV
Salyanda zəncirvari qəza: xəsarət alanlar var

Salyan rayonu ərazisində bir neçə nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
AZERFAX.AZ xəbər verir ki, Ələt-Astara avtomobil yolunun Salyan ərazisindən keçən hissəsində qeydə alınan qəzada xəsarət
alanlar olub. Hadisə yerinə təcili tibbi yardım heyəti cəlb edilib.
Xəstəxanadan verilən məlumata görə, hadisə səbəbi ilə xəsarət alan 7 nəfər (1 qadın, 6 kişi) Salyan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri stabildir.



