AZERFAX TV

Sanki hamı hiss edirdi ki…

“Adam bilmir fikrini necə ifadə eləsin. Möhtəşəm oyun oldu, möhtəşəm hisslər keçirdik. Düşünürəm ki, tarixi qələbə qazandıq”.

AZERFAX.AZ xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”ı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, azarkeşlərin qələbədə xüsusi pay sahibi olduqlarını və komandasının böyük xarakter göstərdiyini bildirib:

“İnşallah, pley-offa çıxmaq şansımız yüksəkdir. Mərhələ adlasaq, bu qələbənin əhəmiyyəti daha da böyük olacaq. Son dəqiqə qolu ilə qələbə qazanmağımız oyuna xüsusi rəng qatdı. Qələbə ilə xalqımızı sevindirdik. Azarkeşlərimizə təşəkkür edirəm. Hava soyuq olsa da, dəstək möhtəşəm idi. Sanki hamı hiss edirdi ki, sonda qol vurub qələbə qazanacağıq.

Bütün komanda xarakter göstərdi. Hamı sona qədər döyüşdü. Hər kəs bütün gücünü meydanda qoydu. Belə olanda qələbə daha şirin olur. Şükürlər olsun Allaha, möhtəşəm qələbə qazandıq. Ümid edirik ki, ardı gələr və pley-offa adlayarıq”.

Heybət

Related Articles

Bir cavab yazın

Back to top button