AZERFAX TV

Sevinc Kərimova vəfat etdi – Bu gün təltif olunmuşdu

Əfsanəvi “Karvan” qrupunun yaradıcısı, ölkənin ilk qadın klip rejissoru və tanınmış prodüser Sevinc Kərimova vəfat edib.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, uzun müddət ABŞ-da yaşayan və bu yaxınlarda Bakıya qayıdan sənətçi 70 yaşında dünyasını dəyişib.

Onun son aylarda ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, Sevinc Kərimova bu gün Prezident İlham Əliyev tərəfindən yüksək dövlət mükafatına layiq görülüb. Dövlət başçısının imzaladığı Sərəncamla Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Sevinc Kərim qızı Kərimova “Tərəqqi” medalı ilə təltif edilmişdi.

Onu da bildirək ki, mərhumla vida mərasimi yanvarın 8-də, saat 11:00-da Şüvəlan qəsəbəsi, Hacı Məmmədov küçəsi, 8 ünvanında keçiriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button