AZERFAX TV
“Shahed”in Amerika klonu İraqda peyda oldu

“Shahed”in Amerika klonu olan “LUCAS” PUA-sı İraqdakı hücum anı ilk dəfə videolentə alını.
AZERFAX.AZ xəbər verir ki, həmin görüntüləri “Sabren News” nəşri paylaşıb.
Paylaşımda qeyd olunub ki, pilotsuz uçuş aparatı ilə zərbə Neynəvə əyalətinin Maxmur şəhəri yaxınlığında İraq ordusunun bölmələrinin yerləşdiyi obyekti hədəf alıb. Videoda zərbə PUA-sına xas olan üçbucaq formalı siluet aydın görünür.
Bundan əvvəl Çikaqo Universitetinin professoru Con Mirşaymer bildirmişdi ki, ABŞ və İsrailin strateji əhəmiyyətli obyektlərini nisbətən asanlıqla məhv etmək imkanına sahib olan İran münaqişədə möhkəm mövqe tutur və gələcək danışıqlarda yüksək tələblər irəli sürəcək.
Hüseyn İbadlı



