AZERFAX TV
“Sumqayıt” “Karvan-Yevlax”la heç-heçə etdi

Azərbaycan Premyer Liqasının XXIII turunda “Karvan-Yevlax” və “Sumqayıt” komandaları üz-üzə gəlib.
AZERFAX.AZ xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Baş hakim Əli Əliyevin idarə etdiyi görüşdə ilk qolu 51-ci dəqiqədə penaltidən qonaqların oyunçusu Səbuhi Abdullazadə vurub. Matçın 90+4-cü dəqiqəsində isə Coy-Slayd Mikels hesabı bərabərləşdirib.
Bu nəticədən sonra “kimyaçılar” 32 xalla turnir cədvəlinin 6-cı pilləsində, Füzuli Məmmədovun komandası isə 8 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq.



