AZERFAX TV
Sumqayıtda aptekdə yanğın oldu

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.
AZERFAX.AZ xəbər verir ki, hadisə şəhərin 36-cı məhəlləsində yerləşən apteklərdən birində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və xüsusi texnikası cəlb olunub. Dərhal zəruri və operativ tədbirlərlə yanğın söndürülüb.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.



