AZERFAX TV

Tərtər sakini narkotikə görə həbs olundu

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbir nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Mehdiyev tutulub.

AZERFAX.AZ xəbər verir ki, onun üzərinə baxış zamanı külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə R.Mehdiyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Related Articles

Bir cavab yazın

Back to top button