Dünya
Tacikistanda güclü zəlzələ oldu

Tacikistanın Düşənbə şəhərinin sakinləri bir neçə saniyə ərzində kiçik yeraltı təkanlar hiss ediblər. AZERFAX.az xəbər verir ki, Mərkəzi Asiyada seysmik aktivliyi izləyən Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələ Düşənbə vaxtı ilə saat 02:14-də (Bakı vaxtı ilə saat 01:14) baş verib.
Tacikistanın şərqindəki Dağlıq Bədəxşan Muxtar Vilayətində episentrdə baş verən yeraltı təkanların gücü 5,3 bal olub.
Hazırda tələfat və ya dağıntı barədə məlumat yoxdur.



