AZERFAX TV

Tanınmış məşqçi İngiltərə nəhənglərinin hədəfində

İtaliyalı məşqçi Roberto De Zerbi İngiltərə Premyer Liqasında yeni daimi baş məşqçi axtaran aparıcı klubların diqqətindədir.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Məlumata görə, De Zerbi “Mançester Yunayted”in qısa siyahısında əsas namizədlərdən biridir. Mütəxəssisin özü də “qırmızı şeytanlar”da işləməkdə maraqlıdır. Bununla belə, keçmiş “Marsel” baş məşqçisinin klub üçün əsas seçim olub-olmadığı hələ dəqiqləşməyib.

De Zerbi ilə həmçinin “Tottenhem” də maraqlanır. London klubu hazırda cəmi üç oyundur komandanı çalışdıran İqor Tudorun gələcəyini qiymətləndirir. Bununla belə, De Zerbi “Tottenhem” üçün yalnız uzunmüddətli variant hesab olunur.

İtaliyalı mütəxəssisi izləyənlər arasında “Mançester Siti” də var. Lakin klub rəhbərliyi hazırkı baş məşqçi Pep Qvardiolanın ən azı daha bir mövsüm komandada qalacağına ümid edir.

Related Articles

Bir cavab yazın

Back to top button