AZERFAX TV
Tramp Çinə bu tarixdə səfər edəcək

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Çinə səfərinin vaxtı məlum olub.
AZERFAX.AZ xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABŞ liderinin 14-15 may tarixlərində Pekində olacağını söyləyib.
Onun sözlərin görə, Tramp səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşəcək.
Livitt əlavə edib ki, Çin Xalq Respublikasının Sədrinin ABŞ-a cavab səfəri isə 2026-cı ilin sonlarında baş tutacaq.



