AZERFAX TV
Tramp idmançının qızıl medalını əlindən aldı

Prezident Donald Trump ABŞ-ın hokkey yığmasını Ağ Evdə qəbul edərkən diqqət mərkəzinə düşüb.
AZERFAX.AZ xəbər verir ki, 2026 Qış Olimpiya Oyunlarının çempionları ilə keçirilən rəsmi görüş zamanı ABŞ millisinin hücumçusu Mattyu Tkaçuk Trampa qızıl medalı təqdim edib. ABŞ prezidenti medalı dərhal boynuna taxıb, onu diqqətlə nəzərdən keçirib və gülərək belə deyib: “İndi bunu geri qaytarmayacağam. Başqa bir şeylə dəyişəcəyəm”.
ABŞ kişi hokkey millisi 2026 Qış Olimpiya Oyunları çərçivəsində keçirilən finalda Kanadanı 2:1 hesabı ilə, əlavə vaxtda məğlub edərək 46 ildən sonra ilk dəfə Qış Olimpiya Oyunlarının qızıl medalını qazanıb.



