AZERFAX TV

Tramp təsdiqlədi – “ABŞ onları neytrallaşdırmağa nail olub”

Vaşinqton respublika ərazisinə endirilən zərbələr zamanı İran rəhbərliyini “neytrallaşdırmağa” nail olub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “ABC News” telekanalına müsahibəsində bildirib.

“Onların bir çoxu neytrallaşdırılıb, bəli. Hamısı barədə yox, amma çoxu haqqında məlumatımız var. Bu, çox güclü zərbə idi”, – deyə Amerika lideri qeyd edib.

Tramp əlavə edib ki, Vaşinqtonun artıq İranın növbəti rəhbəri barədə çox yaxşı təsəvvürü var.

Fevralın 28-i səhər saatlarında ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Pentaqon bu əməliyyata “Epik Qəzəb” adını verib. İslam Respublikasının bir çox şəhərləri hücuma məruz qalıb, mülki əhali arasında itkilər var. Cavab olaraq İran İsraili və ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarını raket atəşinə tutur.

KİV-lər İrana endirilən hərbi zərbələrin hədəfinin ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və prezident Məsud Pezeşkiyan olduğunu bildirib. Peyk görüntüləri Xameneinin Tehrandakı iqamətgahının tamamilə dağıldığını göstərib, mətbuatda isə ayətullahın ləğv edilməsi ilə bağlı iddialar yayılıb, çünki zərbələrdən sonra o, ictimaiyyət qarşısına çıxmayıb. Bununla belə, İran XİN rəhbəri “demək olar ki, bütün rəsmi şəxslərin təhlükəsizlikdə və sağ olduğunu” bəyan edib.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button