AZERFAX TV
Tramp tezliklə Venesuelaya səfər edəcək

ABŞ Prezidenti Donald Tramp tezliklə Venesuelaya səfər edəcəyini açıqlayıb.
AZERFAX.AZ xəbər verir ki, Ağ Ev rəhbəri səfərin tarixi ilə bağlı hələlik qərar verilmədiyini bildirib.
“Venesuela prezidenti ilə çox yaxşı münasibətlərimiz var. Böyük neft şirkətlərimiz orada işə başlayır. Onlar nefti çıxaracaq və çoxlu pula satacaqlar. Venesuela bu pulun böyük bir hissəsini əldə edəcək”, – deyə Tramp vurğulayır.



