AZERFAX TV

Tramp yenə hədələdi: Bu obyektləri məhv edəcəyik

ABŞ prezidenti Donald Tramp İranla danışıqların uğursuz olması halında Tehranın əsas enerji infrastrukturlarını məhv etməklə təhdid edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

Tramp bildirib ki, ABŞ İrana qarşı hərbi əməliyyatların dayandırılması ilə bağlı “yeni, daha məntiqli rejimlə” ciddi danışıqlar aparır. Onun sözlərinə görə, “əhəmiyyətli irəliləyiş əldə olunub”, lakin razılaşmanın yaxın zamanda imzalanmaması ehtimalı da var. Tramp vurğulayıb ki, belə halda İranın elektrik stansiyaları, neft obyektləri və strateji əhəmiyyətli Xarq adası, həmçinin su təmizləmə qurğularını hədəf alınacaq.

O, ayrıca Hörmüz boğazı haqqında danışaraq, onun dərhal ticarətə açılmalı olduğunu bildirib, əks halda cavab tədbirləri görüləcəyini əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button