AZERFAX TV
Trampdan bu ölkələrə çağırış: Gəlib bizə kömək edin!

Biz Hörmüz boğazında 30-dan çox mina yerləşdirmə gəmisi məhv etməklə İranın kommersiya gəmiçiliyini təhdid etmək qabiliyyətini məhdudlaşdırmışıq.
AZERFAX.AZ xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, İranın bütün mina yerləşdirmə gəmiləri məhv edilib.
“İqtisadiyyatı bizimkindən daha çox boğazdan asılı olan digər ölkələrə qətiyyətlə çağırış edirik. Biz neftimizin 1 faizdən azını boğazdan alırıq. Bəzi ölkələr isə daha çoxunu əldə edir. Ona görə də istəyirik ki, gəlib bizə kömək etsinlər”, – deyə Tramp vurğulayıb.



