Trampdan bütün dünyanı narahat edən qərar: həmin sərəncamı imzaladı

ABŞ Prezidenti Donald Tramp bütün ölkələrdən gələn idxala 10 %-lik rüsumların tətbiqini nəzərdə tutan fərman imzaladığını bəyan edib.
AZERFAX.AZ xəbər verir ki, Tramp bununla bağlı “Truth Social”da paylaşım edib.
O, Oval kabinetdə bütün ölkələrə qarşı tətbiq olunacaq və demək olar ki, dərhal qüvvəyə minəcək 10 %-lik qlobal rüsum haqqında fərman imzalayıb.
***
ABŞ Prezidenti Donald Tramp 122-ci maddə kimi tanınan federal qanuna əsasən 10 faizlik qlobal tarif tətbiq etməklə bağlı sərəncam imzalayacaq.
AZERFAX.AZ xəbər verir ki, qanunvericilik yolu ilə uzadılmasa, bu tariflər 150 gün qüvvədə qalacaq.
Ağ Ev rəhbəri bildirib ki, 232-ci və 301-ci maddə üzrə tariflər qüvvədə qalır və 122-ci maddəyə əsasən, artıq tətbiq olunan normal tariflərə əlavə 10 faiz qlobal tarif tətbiq edəcək. Prezident həmçinin, Ticarət Departamenti vasitəsilə digər yollarla tariflərin tətbiqini araşdıracaqlarını söyləyib.



