AZERFAX TV
Trampın Putinə hədiyyəsi Qərbi panikaya saldı

ABŞ prezidenti Donald Trampın siyasəti Rusiya dövlətinin başçısı Vladimir Putin üçün bir hədiyyəyə çevrilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Die Welt” qəzetində qeyd olunub.
Alman nəşri bildirir ki, Trampın ikinci müddəti Moskva üçün Avropa istiqamətində hədiyyə olub:
“Vaşinqtonun Ukraynaya yardımı azalıb və ABŞ-ın Avropadan çıxması birdən-birə real ssenariyə çevrilib”.
O da vurğulanır ki, Ağ Ev rəhbəri Qrenlandiyanı ilhaq etməklə NATO-nun dağılmasına səbəb ola bilər. Tramp həmçinin Avropa Birliyi ilə ticarət münaqişəsinə getməklə Rusiyanın əlinə oynayır.
Məlumatda yekun olaraq qeyd olunur ki, hazırda avropalılar zəif vəziyyətə düşüblər və Rusiya da bundan uzunmüddətli fayda əldə etmək niyyətindədir.
Adəm



