AZERFAX TV
Türkiyə bu xəbərləri təkzib etdi

Türkiyənin Milli Müdafiə Nazirliyi Adana əyalətinin cənubundakı “İncirlik” aviabazasına təhdid barədə məlumatları təkzib edib.
AZERFAX.AZ xəbər verir ki, nazirlik “hava bazası ərazisində heç bir hücum və ya digər mənfi vəziyyətin qeydə alınmadığını” qeyd edib.
“Ehtimal olunur ki, hava həyacanı sirenləri yanlış siqnal verib”, – deyə əlavə edilib.



