Türkiyə İrana edilən hücumda iştirakını təkzib etdi

Türkiyə İran ərazisinə endirilən zərbələrə dəstək verməyib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzinin bəyanatına istinadla məlumat yayıb.
“Bəzi sosial şəbəkələrdə Türkiyənin İrana qarşı son hücumlara dəstək verməsi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır və ictimaiyyəti çaşdırmağa yönəlmiş dezinformasiyadır”, – deyə qurumun məlumatında bildirilir.
Dezinformasiya ilə Mübarizə Mərkəzi əlavə edib ki, Türkiyə özünün hava, quru və dəniz qüvvələrinin iştirak etmədiyi münaqişədə əməliyyat məqsədləri üçün istifadəsinə icazə verməyəcək.
Fevralın 28-i səhər saatlarında ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Pentaqon bu əməliyyata “Epik Qəzəb” adını verib. İslam Respublikasında bir çox şəhərlər hücuma məruz qalıb, mülki əhali arasında itkilər var. Cavab olaraq İran İsraili və ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarını raket atəşinə tutur.
Hüseyn İbadlı



