AZERFAX TV
Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində final oyunları keçirilib.
AZERFAX.AZ xəbər verir ki, Türkiyə millisi həlledici görüşdə Kosovonun qonağı olub. Matç “ay-ulduzlular”ın minimal hesablı qələbəsi ilə bitib – 1:0. Yeganə qolu 53-cü dəqiqədə Kərəm Aktürkoğlu vurub. DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan komanda D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq.
Digər matçda isə İsveç Polşanı 3:2 hesabı ilə üstələyərək finalda iştirak hüququ əldə edib.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.



