AZERFAX TV

Türkiyə və Yunanıstan 7 sənəd imzaladı

Fevralın 11-də Ankarada Türkiyə ilə Yunanıstan arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iki ildən sonra ilk iclası keçirilib.

AZERFAX.AZ xəbər verir ki, görüş çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən yeddi sənəd imzalanıb.

Sənədlərin imzalanma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis iştirak ediblər.

Sazişlərin iqtisadiyyat, ticarət, turizm, nəqliyyat və digər əməkdaşlıq istiqamətlərini əhatə etdiyi bildirilib.

Görüş zamanı tərəflər iki ölkə arasında mövcud fikir ayrılıqlarının beynəlxalq hüquq çərçivəsində və konstruktiv dialoq yolu ilə həllinin vacibliyini vurğulayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button