AZERFAX TV

Türkiyədə nə baş verir? – Xəbərdarlıq edildi

Türkiyənin Meteorologiya Baş İdarəsi bəzi bölgələrdə güclü yağış və toz fırtınaları ilə bağlı məlumat yayıb.

AZERFAX.AZ xəbər verir ki, ölkənin Qərbi Egey dənizində güclü yağış və Mərkəzi Qara dəniz bölgəsində fırtına gözlənilir.

Mərmərə, Egey, Mərkəzi Anadolu, Aralıq dənizi və Qara dəniz bölgələrində toz fırtınaları proqnozlaşdırılır.

Türkiyənin Daxili İşlər Nazirliyi güclü fırtına səbəbindən ölkənin 9 bölgəsində sarı xəbərdarlıq verib. Sarı xəbərdarlığın verildiyi bölgələrdə vətəndaşlara potensial mənfi təsirlərə qarşı tədbir görmələri tövsiyə olunur. Muğla, Aydın, İzmir, Manisa, Balıkəsir, Çanaqqala, Tekirdağ, Ədirnə və Kırklareli ərazisi üzrə verilən sarı xəbərdarlıqda fırtınanın ağacların və dirəklərin yıxılmasına, damların uçmasına səbəb ola biləcəyi qeyd olunub.

Related Articles

Bir cavab yazın

Back to top button