AZERFAX TV
Ukrayna etiraf etdi: Biz etmişik, üzr istəyirik

Ukrayna dronları tərəfindən Finlandiyanın hava məkanını pozulduğunu etiraf edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi jurnalistlərlə söhbətində bildirib.
O bildirib ki, Kiyev artıq bu hadisəyə görə Finlandiya tərəfindən üzr istəyib.
Tixinin sözlərinə görə, Ukrayna Finlandiyanın hava məkanını pozduğunu etiraf edib və bütün halları aydınlaşdırmaq üçün lazımi məlumatları onlarla bölüşür. Həmçinin bildirilib ki, Vladimir Zelenski bu hadisəni Finlandiya prezidenti Aleksandr Stubbla telefonla müzakirə edib.



