AZERFAX TV

Ukrayna, Rusiya, ABŞ nümayəndələrinin üçtərəfli görüşü keçirildi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna, Rusiya, ABŞ nümayəndələrinin üçtərəfli görüşü baş tutub.

AZERFAX.AZ xəbər verir ki, ilk raunddan sonra tərəflər müzakirələri yanvarın 24-də də davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edilib ki, danışıqlar konstruktiv şəraitdə keçir və iştirakçı tərəflərdən heç biri dialoqu dayandırmaq niyyətində deyil.

***

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna, Rusiya, ABŞ nümayəndələrinin üçtərəfli görüşü başlayıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

BƏƏ XİN başçısı Abdulla bin Zaid Al Nahyan bildirib ki, danışıqlar iki gün davam edəcək.

Qeyd edək ki, bu, müharibə başlayandan bəri üç ölkənin nümayəndələrinin ilk üçtərəfli formatda görüşüdür.

Related Articles

Bir cavab yazın

Back to top button