Venesuelada böyük əfv sərəncamı hazırlanır

Venesuela hakimiyyəti tezliklə parlamentə təqdim ediləcək ümumi əfv qanunu hazırlayır.
AZERFAX.AZ “Venezolana de Television” televiziya kanalına istinadla xəbər verir ki, bunu prezident səlahiyyətlərini icra edən Delsi Rodrigez bildirib.
Ali Məhkəmədə məhkəmə ilinin açılış mərasimində çıxış edən Venesuelanın müvəqqəti prezidenti bildirib:
“Bu, siyasi qarşıdurmanın yaratdığı yaraları sağaltmağa, ölkədə ədalətin istiqamətini dəyişməyə və venesuelalılar arasında dinc yanaşı yaşamağı bərpa etməyə kömək edəcək bir qanun olmalıdır”.
Rodrigezin sözlərinə görə, məhbusların azadlığa buraxılması 1999-cu ildən bu günə qədər bütün siyasi zorakılıq dövrünü əhatə edəcək. Əfv qərarı ABŞ-da həbsdə olan prezident Nikolas Maduro ilə müzakirə edilib. Müzakirənin nə hansı şəraitdə aparıldığı açıqlanmayıb.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl Venesuelanın “əla” müvəqqəti prezidenti adlandırdığı Delsi Rodrigezə heyranlığını bildirmişdi. Tramp həmçinin ABŞ qüvvələri tərəfindən ələ keçirilən tankerlərlə daşınan Venesuela neftinin taleyi ilə bağlı da fikirlərini bildirmişdi.
Hüseyn İbadlı



