Yağış Sabunçu vağzalının qarşısını bu hala saldı

Paytaxtda müşahidə olunan intensiv yağışlar Sabunçuda növbəti dəfə ciddi fəsadlara yol açıb.
AZERFAX.AZ “Baku TV”yə istinadən xəbər verir ki, yağıntılar nəticəsində Sabunçu dəmiryol vağzalının ərazisi və ətraf yollar tamamilə su altında qalıb.
Görüntülərdən aydın olur ki, onlarla avtomobil yarıya qədər suya batıb, bəzi nəqliyyat vasitələri isə ərazidən evakuatorlar vasitəsilə çıxarılır. Kanalizasiya sisteminin yağıntı sularını ötürə bilməməsi səbəbindən yollarda “fontan”lar yaranıb, ərazidəki ticarət obyektləri fəaliyyətini dayandırıb.
Sakinlər və sərnişinlər subasma səbəbindən hərəkət edə bilmədikləri üçün vağzalın pilləkənlərinə sığınmaq məcburiyyətində qalıblar.
Məlumata görə, hər güclü yağış zamanı vağzal və bazar ətrafında analoji acınacaqlı vəziyyət təkrarlanır. O da vurğulanıb ki, sözügedən hal dəfələrlə baş versə də, aidiyyəti qurumların müəyyən bəyanatlarına baxmayaraq, vəziyyət eyni olaraq qalır.
Daha ətraflı videomaterialda:



