“yaşamaq üçün ən əlverişli şəhər” seçildi

Birləşmiş Krallığın Norviç şəhəri yaşamaq üçün ən yaxşı şəhər seçilib.
AZERFAX.AZ xəbər verir ki, şəhər “The Sunday Times” qəzetinin 2026-cı il üçün yaşamaq üçün ən yaxşı yerlər siyahısında 71 digər məkanı geridə qoyaraq birinci olub. Bunda şəhərin tarixi ab-havası və dinamikası rol oynayıb.
Münsiflər heyəti seçim zamanı məşhurluq və yüksək daşınmaz əmlak qiymətlərindən daha çox güclü icma ruhuna və inkişaf edən yaşayış mühitinə malik şəhərlərə üstünlük verildiyini bildirib. Onlar siyahıya daxil edilən bütün məkanları şəxsən ziyarət edərək məktəblər, nəqliyyat, internet sürəti və mobil rabitə kimi meyarlar üzrə qiymətləndirmə aparıblar.
Qeyd edək ki, Şərqi İngiltərə regionunda digər seçilən yerlər sırasında Esseksdə yerləşən Çelmsford, Manningtri və Saffron Valden, həmçinin Bedford, Kembric və Safolkda yerləşən Vudbric də yer alıb.



