AZERFAX TV

Zelenski Putinlə ancaq bu mövzuda danışmaq istəyir

Müharibəni bitirib diplomatiyaya keçmək üçün bu qədər tarixi söhbətlərə ehtiyacım yoxdur. Çünki bu, sadəcə olaraq, ləngitmə taktikasıdır.

AZERFAX.AZ xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Mən Putin qədər tarix kitabı oxumuşam. Ölkəsi haqqında onun Ukrayna haqqında bildiyindən daha çox şey bilirəm. Sadəcə ona görə ki, Rusiyanın bir çox şəhərində olmuşam. Və orada bir çox insan tanıyırdım. O, Ukraynada o qədər də çox olmayıb. Putin yalnız böyük şəhərlərdə olub. Mən hətta Rusiyanın ən kiçik şəhərlərində belə olmuşam. Şimaldan cənuba qədər hər yerdə. Onların mentalitetini bilirəm. Buna görə də bu məsələlərə vaxt itirmək istəmirəm. Ruslar yeni bir çarın lazım olduğuna qərar veriblər. Bu, onların seçimidir”, – deyə Ukrayna prezidenti vurğulayıb.

Zelenski söhbətinin davamında bildirib ki, müharibənin tezliklə bitməsini arzulayır: “Bizə qarşı böyük müharibə gedir. Buna görə də Putinlə danışmaq istədiyim tək şey, müharibənin tez bir zamanda bitməsidır. Danışmaq istədiyim tək şey budur”.

Adəm

Related Articles

Bir cavab yazın

Back to top button