AZERFAX TV

Zelenskinin maaşı açıqlandı

Ukrayna Prezidenti Volodimir Zelenskinin aylıq rəsmi maaşı açıqlanıb.

AZERFAX.AZ xəbər verir ki, dövlət başçısının rəsmi saytında aktiv olan bəyannamədəki məlumatlara görə, onun rəsmi maaşı 28.000 qrivnadır (təxminən 1083 manat).

Zelenskinin 2025-ci il üçün gəlirinin prezidentlik maaşından, bank faizlərindən və daşınmaz əmlak icarəsindən ibarət olduğu bildirilir. Onun ümumi gəliri təxminən 7 milyon qrivnaya (təxminən 271 min manat) çatıb.

Ukrayna liderinin bəyannaməsində 595.000 dollar nağd pul, İsveçrə bank hesabında 342.631 avro və digər bank hesablarında qrivna, dollar və avro vəsaitləri qeyd olunub.

Related Articles

Bir cavab yazın

Back to top button