İdman

“Zenit” ən bahalı əcnəbi oyunçusunu görün neçəyə satdı

Sankt-Peterburqun “Zenit” klubu yarımmüdafiəçi Gersonu Braziliyanın “Kruzeyro” klubuna satıb. AZERFAX.az xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabritsio Romano sosial mediada məlumat yayıb.

O bildirib ki, transfer haqqı, mümkün bonuslar da daxil olmaqla, 30 milyon avrodur. Klublar oyunçunu 27 milyon avro və bonuslar şəklində 30 milyon avro qarşılığında transfer etmək barədə razılığa gəliblər. Bu müqavilə Braziliya çempionatı tarixində ən bahalı transfer olub.

Gerson “Zenit”in 2025-ci il yay transfer pəncərəsindəki ən bahalı transferidir. Sankt-Peterburq klubuna keçməzdən əvvəl o, “Flamengo”da oynayıb və 2024-cü il mövsümündə Braziliya A Seriyasının 35 matçında yeddi məhsuldar ötürmə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button