Ölkə

1 tona yaxın çətənə bitkisi yandırıldı


Daşkəsən rayonunda polis əməkdaşlarının “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

AZERFAX.AZ xəbər verir ki, ümumi çəkisi 917 kiloqram olan 970 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.


Bundan başqa Rayon Polis Şöbəsinə rayon ərazisində silah-sursat olması barədə məlumat daxil olub.Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib və oradan üç ədəd müxtəlif markalı və çaplı ov tüfəngləri aşkar edərək götürüblər. Aşkar edilən silahlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button