Ölkə

MEDİA-da Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

29 sentyabr tarixində Medianın İnkişafı Agentliyində (MEDİA) II Azərbaycan – Özbəkistan Media Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib.

AZERFAX.az xəb r verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə “Yol Xəritəsi”ndən irəli gələn məsələlərin icrasından bəhs edib, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən media sferasında münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib ki, qarşılıqlı təcrübə və informasiya mübadiləsi, birgə layihələrin təşkili, həmçinin peşəkar kadrların inkişafına yönəlmiş təşəbbüslər əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edir.

Özbəkistan nümayəndə heyətinin rəhbəri Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanov Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin medianın inkişafı sahəsində də mühüm nəticələr verdiyini qeyd edib, informasiya mübadiləsinin intensivləşməsi və birgə media layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, ənənəvi media forumlar iki qardaş ölkənin media sahəsində yeni əməkdaşlıq imkanlarını müəyyənləşdirmək və gələcək hədəfləri birgə planlaşdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button