ABŞ və Avropa Birliyi arasındakı sazişin detalları məlum oldu

ABŞ və Avropa Birliyi arasında əldə edilən ticarət razılaşmasının detalları məlum olub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə ABŞ və Avropa Birliyi birgə bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, çərçivə sazişi Avropa Birliyinin ədalətli, balanslaşdırılmış və qarşılıqlı faydalı ticarətinin təzahürüdür. Açıqlamada qeyd olunub ki, ABŞ Avropa Birliyi məhsullarına 15 faizlik qarşılıqlı rüsum tətbiq etməyi öhdəsinə götürüb. Bəyanatda tərəflərin çərçivə sazişini genişləndirə biləcəyi və məqsədin bazara çıxışı yaxşılaşdırmaq və ticarət əlaqələrini artırmaq olduğu qeyd edilib.
Bəyanatda bildirilir ki, Avropa Birliyi bütün ABŞ sənaye malları üçün tarifləri ləğv edəcək və ABŞ məhsullarının geniş çeşiddə bazara çıxışını təmin edəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.