ABŞ Venesuela sahillərinə hərbi qüvvə göndərir

ABŞ və Venesuela arasındakı siyasi gərginliklə
bağlı yeni iddia irəli sürülüb.
AZERFAX.AZ xəbər verir ki, Vaşinqton
administrasiyasının hərbi qoşun və avadanlıq daşımaq üçün istifadə edilən C-17
təyyarələrini dəfələrlə Karib dənizi bölgəsinə göndərdiyi iddia edilir. “New
York Times” qəzetinin araşdırdığı uçuş məlumatlarına görə, C-17 yük təyyarələri
ABŞ bazalarından Puerto Rikoya uçuşlar həyata keçirib.
C-17 təyyarələrinin Nyu
Meksiko, İllinoys, Vermont, Florida, Arizona, Yuta, Vaşinqton ştatları və
Yaponiyadakı bazalardan Puerto Rikoya uçduğu bildirilir, lakin bu uçuşlarda
daşınan əsgərlərin və ya digər avadanlıqların sayı barədə məlumat yoxdur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



