Ölkə

ABŞ viza qaydalarını dəyişir


ABŞ vizasız proqramda iştirak edən 42 ölkənin vətəndaşlarının sosial media məlumatlarını nəzərdən keçirə bilər.

AZERFAX.AZ xəbər verir ki, həmin ölkələr arasında Böyük Britaniya, Fransa, Almaniya və Cənubi Koreyadan gələn turistlər də yer alır. “The New York Times” qəzetinin məlumatına görə, ABŞ Gömrük və Sərhəd Mühafizəsi vizasız proqramda iştirak edən ölkələrdən gələn turistlər üçün tətbiq etməyi planlaşdırdığı yeni tədbirləri dərc edib. Plan təsdiqlənərsə, potensial ziyarətçilərdən son beş ildəki sosial media məlumatları, eləcə də son 10 ildəki elektron poçt ünvanları və ailə üzvlərinin adları, doğum tarixləri və ünvanları kimi məlumatları təqdim etmələri tələb ediləcək.


Qeyd edək ki, mövcud sistemə əsasən, vizasız ölkələrdən müraciət edənlər əlaqə məlumatlarını təqdim etməklə rəqəmsal səyahət icazəsi proqramında 40 dollara qeydiyyatdan keçirlər və onların icazəsi iki il müddətində qüvvədədir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button