Ölkə

ADAU-da “Qərbi Azərbaycana qayıdış – Tarixi yaddaş və müasir reallıqlar” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Qərbi Azərbaycan İcmasının (QAİ) Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış – Tarixi yaddaş və müasir reallıqlar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

Çıxış edən ADAU-nun rektoru, Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi Zəfər Qurbanov tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, universitetdə çoxşaxəli elmi fəaliyyətlə yanaşı, tarixi yaddaşın qorunması və milli dəyərlərin təbliği də əsas prioritetlərdəndir. Rektor bu cür elmi tədbirlərin gənc nəslin milli kimlik və vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını bildirib. O, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ həsrətinə son qoyulduğunu, Azərbaycanın tarixinə qələbə səhifələrinin yazıldığını vurğulayıb və ölkəmizin davamlı inkişaf yolunda inamla irəlilədiyini diqqətə çatdırıb.

Zəfər Qurbanov “Qərbi Azərbaycana qayıdış – Tarixi yaddaş və müasir reallıqlar” mövzusunda keçirilən elmi-nəzəri konfransın böyük ictimai və elmi əhəmiyyət daşıdığını qeyd edərək, tədbirin iştirakçılarına uğurlar arzulayıb.

Konfrans çərçivəsində “Qərbi Azərbaycana Qayıdış” mövzusuna həsr olunan videoçarx nümayiş etdirilib.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edib, Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin bərpasının və beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri Nərgiz Rəsulova Qərbi Azərbaycanın tarixi coğrafiyasının formalaşması və bu irsin müasir siyasi kursda əks olunması məsələlərinə toxunub, mövzunun elmi əhəmiyyətini diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button