Ölkə
ADAU-nun bir qrup əməkdaşı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təltif olunub

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə “Əməkdaşların Tanınma Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən səsvermənin nəticələrinə əsasən seçilən əməkdaşların təltif edilməsi həyata keçirilib.
Onların əməyə verdiyi töhfələr yüksək qiymətləndirilib və müvafiq qaydada təşəkkürnamə təqdim olunub. Səsvermənin nəticələrinə əsasən “Ən səmərəli əməkdaş” və “Ən yaxşı komanda yoldaşı” nominasiyaları üzrə qaliblər müəyyən edilib.









