Ölkə

Adil Qeybulla Tofiq Yaqublunu növbəti dəfə müayinə etdi


Tanınmış həkim Adil Qeybulla Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu təcridxanada müayinə edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə həkim öz feysbuk hesabında məlumat yayıb.


“Bu gün, saat 13.00-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Kompleksində Tofiq Yaqublunu növbəti dəfə müayinə etdik. Müayinə prosesində Penitensiar kompleksinin rəhbərliyi və Nazirliyin Tibb Baş İdarəsinin həkimləri də iştirak edirdilər.

Hemodinamik göstəricilər kompensator stabildir. Aclığa bağlı çəki itkisi davam edir,. Ümumi durumu keçirdiyi aclıq aksiyasına uyğundur, halsızlıq, ümumi zəiflik, yuxu pozuntusundan şikayət edir. Huşu aydındır. Su-elektrolit balansına dəstək və detoksikasiya məqsədilə qidalandırıcı tərkibi olmayan venadaxili infuziya aparıldı. İnfuziya ağırlaşmasız keçdi.

Aclığın 26-cı gününü, yaşını, yanaşı xəstəliklərini nəzərə alaraq ətraflı müayinələr aparmaq üçün Tofiq Yaqublunu ƏN Penitensiar Xidmətinin Müalicə müəssisəsinə keçirilməsi məsləhət görüldü. Hal-hazırda müalicə müəssisəsinə yerləşdirilib, sabahdan ətraflı müayinələr davam etdiriləcək”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button