Ölkə
ADSEA su təchizatı sistemlərinə qoşulmaqla bağlı müraciətlərin 38 %-nin ləğvi səbəblərinə aydınlıq gətirib

Bu ilin əvvəlindən su təchizatı sistemlərinə qoşulmaqla bağlı edilmiş 8 245 müraciətin 38 %-i ləğv edilib. AZERFAX.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Agentliyinin (ADSEA) şöbə müdiri Yusif Əhədi bu gün Bakı KOB Evində keçirilən sahibkarlarla görüşdə deyib.
O qeyd edib ki, ləğv edilmələrin əsas səbəbləri sənədlərin düzgün təqdim olunmaması və qanunsuz tikililərdir:
“62 % müraciət isə icra üçün yönləndirilib. Qərara görə, qoşulma nöqtəsi şəbəkədən 30 metrdən uzaqda olmamalıdır. Amma bəzi hallarda vətəndaşlar su şəbəkəsi olmayan ərazilərdə ev tikir və bu da sonradan çətinliklər yaradır”. (report.az)