Aeroport yolundakı ağır qəzanın VİDEOSU

AZERFAX.az xəbər verir ki, NİİM-dən verilən məlumata görə, müraciətdə avtomobili yüksək sürətlə idarə etmək, manevr etmə qaydasını pozmaq təhlükə yaradır:
NİİM bununla bağlı görüntü də yayıb. Qeyd olunub ki, görüntüdə qeyd olunan, paytaxtın Aeroport şosesində qeydə alınan bu iki qəzada baş verənlərdən sürücülər nəticə çıxarmalıdırlar: “Təəssüflər olsun ki, bəzi sürücülər yol hərəkəti qaydalarını pozmağın yol-nəqliyyat hadisələrinə səbəb olduğunu bilsələr də, bu məsələyə ciddi yanaşmırlar. Həyat və sağlamlıqlarını heçə sayan bu tip sürücülər avtomobildə olan sərnişinlərlə yanaşı, yolda olan digər hərəkət iştirakçıları üçün də qəza təhlükəsi yaradırlar. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda son dərəcə diqqətli olmağa çağırır”.(AZERFAX.AZ)
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.