Ölkə

Ağstafada şagird məktəbli yoldaşına xəsarət yetirib, araşdırma aparılır

Ağstafada şagird məktəbli yoldaşına xəsarət yetirib, araşdırma aparılır.

AZERFAX.az Report-un Qərb bürosuna istinadən məlumatına görə, hadisə Ağstafa rayonu Köçəsgər kənd Azər Ələkbərov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci və 9-cu sinif şagirdləri arasında qeydə alınıb.

Hadisə zamanı şagirdlərdən biri xəsarət alıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, şagirdlər arasında dərsdən sonra idman meydançasında mübahisə yaranıb:

“Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib. Məktəblilərin valideynləri də təhsil müəssisəsinə dəvət edilib, onlarla görüş keçirilib”.

Hüquq-mühafizə orqanlarının insidentlə bağlı araşdırma apardığı bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button