Alimpaşa Məmmədovun kassasiya şikayəti icraata verildi

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti icraata götürülüb.
AZERFAX.az pravda.аz -a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, 2014-cü ildən həbs edildiyi günədək Şəmkirin icra başçısı vəzifəsində çalışmış Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alimpaşa Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə, mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş dövlət vəsaitini leqallaşdırmaqda təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Gəncə Apelyasiya Məhkəməsinin qərarına əsasən, apelyasiya şikayəti qismən təmin edilib. Alimpaşa Məmmədovun cəza müddəti 10 il 6 ay müddətə endirilib.