Ölkə

Alma sirkəsinin faydaları – necə istifadə edək?


Alma sirkəsi qədimdən həm təbii dərman, həm də gözəllik vasitəsi kimi istifadə olunur.

AZERFAX.AZ xəbər verir ki, son illərdə isə sağlam həyat tərzi tərəfdarlarının ən çox müraciət etdiyi məhsullardan birinə çevrilib.


Alma sirkəsi mədə turşuluğunu tənzimləyərək həzmi asanlaşdırır. Yeməkdən əvvəl bir stəkan ilıq suya 1-2 çay qaşığı alma sirkəsi əlavə etmək həzmi yaxşılaşdırır və şişkinliyin qarşısını alır. Araşdırmalara görə, alma sirkəsi insulin həssaslığını artırır və yeməkdən sonra qan şəkərinin kəskin artmasının qarşısını alır. Bu xüsusilə şəkər xəstəliyinə meyilli insanlar üçün faydalıdır. Sirkə maddələr mübadiləsini sürətləndirir, iştahanı azaldır və bədəndə yağ yığılmasının qarşısını alır. Səhərlər acqarına 1 stəkan ilıq suya bir çay qaşığı alma sirkəsi əlavə edib içmək orqanizmi təmizləyir.

Alma sirkəsi sızanaqlarla mübarizədə, dərinin pH balansını saxlamaqda təsirlidir. Su ilə qarışdırılaraq tonik kimi istifadə oluna bilər. Saçlar üçün isə durulama zamanı əlavə olunduqda parlaqlıq və canlılıq verir.

Tərkibindəki vitamin, minerallar və antioksidantlar sayəsində bədəni virus və bakteriyalardan qoruyur. Soyuq aylarda gündəlik az miqdarda istifadə immuniteti möhkəmləndirir.

Mədə problemləri, xora və ya allergiyası olan şəxslər alma sirkəsindən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button