Ölkə

AMD və Sony yeni oyun texnologiyasını təqdim etdi


AMD və Sony oyun sənayesi ilə bağlı yeni texnologiyaların təqdim edib.

AZERFAX.AZ xəbər verir ki, şirkətlər yayımladıqları videoda oyun performansını, vizual keyfiyyəti və ümumi sistem səmərəliliyini artıracaq xüsusi aparat və proqram təminatı həllərinə dair ilkin məlumatları paylaşıb.


Hazırda simulyasiya mərhələsində olan bu texnologiyaların yaxın illərdə bazara çıxacaq yeni konsollara inteqrasiya ediləcəyi gözlənilir. Təqdimatda diqqət çəkən yeniliklər arasında “Neural Arrays”, “Radiance Cores” (Radyans Çekirdekleri) və “Universal Compression” (Evrensel Sıxıştırma) sistemləri yer alır.

“Neural Arrays” süni intellekt əsaslı hesablamalarda – oyun içi fizika, personaj davranışları və ağıllı miqyaslama kimi sahələrdə performansı artırmaq üçün hazırlanıb. “Radiance Cores” texnologiyası isə mürəkkəb işıqlandırma effektlərini real vaxtda emal etməklə oyunlardakı vizual reallıq hissini yüksəltməyi hədəfləyir. “Universal Compression” isə GPU daxilində məlumatların sıxışdırılaraq yaddaş bant genişliyinin daha səmərəli istifadəsini təmin edir ki, bu da həm performansa, həm də yüklənmə sürətlərinə müsbət təsir göstərə bilər.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button