Ölkə

Ançelotti “Real”la bağlı qərarını açıqladı


“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti klubdan gedəcəyi ilə bağlı iddialara münasibət bildirib.


AZERFAX.AZ xəbər verir ki, o, işindən məmnun olduğunu qeyd edib. Ançelotti karyerasını “Real”da davam etdirmək istədiyini ifadə edib. Ançelotti, “Gördüyüm işi sevirəm. Klubdan getsəm, hər kəsə təşəkkür edəcəyəm və ayrılacağam” – deyə bildirib. Qeyd edək ki, bundan əvvəl Karlo Ançelottinin “Real”da qalmaq istədiyi barədə qərarını rəhbərliyə təqdim etdiyi barədə xəbərlər dərc edilmişdi.

“Real Madrid” UEFA Çempionlar Liqasının 1/4 finalında “Arsenal”a məğlub olaraq turnirdən vidalaşandan sonra Karlo Ançelottinin istefaya göndəriləcəyi irəli sürülmüşdü. “Bayer Leverkuzen”in məşqçisi Xabi Alonso və “Red Bull”da Qlobal Futbol Rəhbəri olan Yurgen Kloppun adı “Real”la hallanır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button