Ölkə

“Aqrar Biznes Festivalları aqrar inkişafı gücləndirir”


Son illərdə kənd təsərrüfatında istehsalın səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqi, fermerlərin maliyyə və texniki resurslara çıxışının asanlaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Rəqəmsal həllərin tətbiqi, “Elektron kənd təsərrüfatı” platformasının genişlənməsi, ekoloji cəhətdən dayanıqlı istehsal modellərinə keçid dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.

AZERFAX.AZ xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə deyib.


O bildirib ki, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, torpaq və su ehtiyatlarının səmərəli istifadəsi və dəqiq kənd təsərrüfatının tətbiqi aqrar sektorun rəqabətqabiliyyətliliyini daha da artırır:

“Məhz bu strateji hədəflərin regionlarda təşviqi məqsədilə Aqrar Biznes Festivalları təşkil olunmuşdur.

Cari ildə ölkənin 13 iqtisadi rayonunu əhatə edən 28 rayonda 32 festival keçirilmişdir. On minlərlə fermer və sahibkarın iştirak etdiyi bu tədbirlərdə səkkiz milyon manatdan artıq satış dövriyyəsi qeydə alınmışdır. Festivallar çərçivəsində toxum sərgi-satış yarmarkaları, kredit yarmarkaları, panel müzakirələr və təlimlər təşkil edilmişdir.

Bu festivallar kiçik və orta sahibkarlığın inkişafına, qadın fermerlərin və gənclərin aqrar sahəyə fəal cəlb olunmasına, bilik və təcrübə mübadiləsinin güclənməsinə mühüm töhfə vermişdir. Eyni zamanda məhsul festivalları regionların ixtisaslaşmış kənd təsərrüfatı məhsullarının tanıdılması və brendləşməsinə şərait yaratmışdır.

Əminik ki, cənab Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq Aqrar Biznes Festivalları gələcək illərdə də kənd təsərrüfatının innovativ, rəqabətqabiliyyətli və dayanıqlı inkişafında mühüm töhfələrini verəcəkdir.

Buradan Aqrar Biznes Festivalları ilə bağlı həm də həmkarlarıma böyük təşəkkürlərimi bildirmək istəyirəm. Çünki bu, sadəcə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı deyil, digər dövlət qurumlarının və yerli, mərkəzi icra hakimiyyəti orqanlarının birgə səyi və fəaliyyəti nəticəsində ərsəyə gəlmişdir. Festivallar fermerlərə toxumların, texnikanın, avadanlıqların və alətlərin daha da yaxınlaşdırılmasını, onların əlçatanlığının artırılmasını təmin edən bir platformaya çevrilmişdir.

Ümid edirəm ki, bu platforma gələcəkdə daha da genişlənəcək, fermerlər üçün yeniliklərin və biliklərin artırılmasında xüsusi xidmətləri olacaqdır”.

Sevinc İbrahimzadə / AZERFAX.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button