Arda ilə ilk dəfə görüşən Alonso futbolçuya bu sözləri dedi

“Real Madrid”in yeni baş məşqçisi Xabi Alonso Arda Gülerlə görüşüb.
AZERFAX.AZ xəbər verir ki, Arda millidən qayıtdıqdan sonra “Real”ın düşərgəsinə qatılıb. FİFA Klublararası Dünya Çempionatı üçün ABŞ-da olan “Real”da gənc ulduzla ispan çalışdırıcının görüşü diqqət çəkib. İspan mətbuatında yer alan xəbərlərə görə, Arda Gülerin fiziki halı Xabi Alonsonu təəccübləndirib. Alonsonun Arda barədə “O, təsəvvür etdiyimdən daha güclüdür. Yaşına görə çox yaxşı fiziki vəziyyətdədir” dediyi iddia edilib.
Qeyd edək ki, Xabi Alonsonun Arda Gülerə marağı yeni deyil. Təcrübəli çalışdırıcı ötən mövsüm “Bayer Leverkuzen”i çalışdırarkən də gənc ulduzu heyətində görmək istəyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.